MAHIRƏ HÜSEYNOVSNIN ÜMUMTÜRK DILLƏRI DIALEKT VƏ ŞIVƏLƏRININ QARŞILIQLI INTEQRASIYASI” KITABI TÜRK DILLƏRININ TARIXI INKIŞAFINI IZLƏMƏK ÜÇÜN DƏYƏRLI MƏNBƏDIR
Keywords:
inteqrasiya, türk dilləri, tarixi-linqvistik faktlar, türkoloji tədqiqatlar, dialekt və şivələr.Abstract
Ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli tədqiqi ilə bağlı çoxsaylı problemlərin öyrənilməsində indiyə kimi mühüm nailiyyətlər əldə edilsə də, yada salmalıyıq ki, türk dillərinin dialektlərinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir və bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən aktual vəzifələrindən biridir. Bu aktuallığı nəzərə alan filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası mövzusunda əsaslı araşdırma aparmış, Azərbaycan dilçiliyində çox qiymətli bir monoqrafiya ərsəyə gətirmişdir. Məqalədə Mahirə Hüseynovanın sözügedən monoqrafiyası haqqında fikirlər və mülahizələrə yer verilmişdir.
References
Mahirə Hüseynova Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı, 2020.
Rəcəbli Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, “Yazıçı”, 2006
Hüseynli N., Məmmədova Y. Türk dillərinin genologiyası: Şumer və türk leksik paralelləri. Bakı, “Nağıl Evi” nəşri. 2012
Budaqov B. Türk uluslarının yer yaddaşı.Bakı, 1994.