İNGILIS DILI DƏRSLƏRINDƏ NITQ BACARıQLARıNıN INKIŞAFı

Authors

  • Qasımzadə Aysel Azərbaycan Dövlət Pedaqoji Universiteti Xarici Dillər Mərkəzi, müəllim Author

Keywords:

nitq bacarıqları, ingilis dili dərsləri, kommunikativ yanaşma, tapşırıq yönümlü yanaşma, pedaqoji oyunlar.

Abstract

İngilis dili dərslərində nitq bacarıqlarının inkişafı, tələbələrin dil biliklərini yaxşılaşdırmaq, onların daha sərbəst və təbii şəkildə danışmağa təşviq etmək məqsədini güdür. Nitq bacarığı, sadəcə doğru söz və ifadələrin istifadəsindən ibarət deyil, həm də şagirdin düşüncə və emosiyalarını aydın şəkildə ifadə etməsi, sosial və mədəni kontekstdə qarşılıqlı ünsiyyət qurma qabiliyyətini inkişaf etdirməsidir. Bu bacarığın inkişafı üçün müxtəlif yanaşmalar və metodlar tətbiq olunur ki, bunlar tələbələrin dil öyrənmə prosesini effektiv şəkildə təkmilləşdirir.

Nitq bacarıqlarının inkişafı, dil öyrənmə prosesinin ən vacib komponentlərindən biridir. Düzgün inkişaf etmiş nitq bacarığı, tələbələrin yalnız söz ehtiyatlarını deyil, həm də düşüncə strukturlarını və ifadə tərzini, həmçinin dialoqda iştirak etmək üçün özünə inamını gücləndirir. Bu məqalədə, ingilis dili dərslərində tələbələrin nitq bacarıqlarını inkişaf etdirmək üçün istifadə olunan əsas yanaşmalar və metodlar geniş şəkildə təhlil olunacaq.

References

1.Harmer, J. (2007). The Practice of English Language Teaching. Pearson Education.

2.Thornbury, S. (2005). How to Teach Speaking. Longman.

3.Nunan, D. (2003). Practical English Language Teaching. McGraw-Hill.

4.Əhmədov A., Abbasov Ə. (2013) Ümumi təhsildə inteqrasiya, müasir yanaşmalar. Azərbaycan müəllimi - 10 may - S.7

5.Əzizova Z.M., Əliyeva X.M. (2021) Ali təhsil müəssisələrində ingilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi metodikası. “Dayanıqlı inkişaf” jurnalı, cild 1, №1,

Published

2025-01-23

How to Cite

Qasımzadə Aysel. (2025). İNGILIS DILI DƏRSLƏRINDƏ NITQ BACARıQLARıNıN INKIŞAFı. IQRO INDEXING, 13(02), 293-296. https://worldlyjournals.com/index.php/IFX/article/view/8591