AZƏRBAYCAN DILININ ŞIMAL LƏHCƏSINDƏ LEKSIK-SEMANTIK SÖZ QRUPLARıNıN FORMALAŞMASıNDA QıPÇAQ TAYFALARıNıN ROLU

Authors

  • Könül Səmədova Azərbaycan Dövlət Pedaqoji Universiteti f.e.d., dosent, Müasir Azərbaycan dili kafedrasının müdiri. Author

Keywords:

dilin lüğət tərkibi, semantika, dialektologiya, dialekt leksikası, arxaizmlər.

Abstract

Şimal ləhcəsinin şivə qruplarında da elə qədim sözlər vardır ki, onlar müasir ədəbi dilimizdə işlənmir. Yaxud müasir ədəbi dildə bu və ya başqa mənada işlənən bir söz burada tamamilə başqa məna daşıyır. Bəzən də söz ədəbi dildəki mənası ilə yanaşı, dialektdə əlavə məna və ya mənalar ifadə edir. Bundan başqa, dialektdə işlənən sözlər bəzən mənaca da müəyyən sərhədə malik olur. Elə sözlərə təsadüf olunur ki, bunların mənası dialektin ancaq müəyyən kəndində (və ya kəndlərində) başa düşülür, başqa kəndlərində anlaşılmır. Yaxud eyni söz müəyyən bir kənddə bir, digər kənddə tamamilə başqa məna ifadə edir. Ümumiyyətlə, dialekt və şivələrimizin leksikası zəngin bir xəzinədir. Bu xəzinəni tədqiq edib öyrənmək həm nəzəri, həm də əməli cəhətdən əhəmiyyətlidir.

References

1.Əliyeva, S.N. “Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri. 2017. - 376 s.

2.Hüseynova, M. N. Aşıq və el şairlərinin üslubu morfologiyası. 2017. - 156 s.

3.İbrahimli, Ş. Təki ürəkdə sevgi olsun. 2014. - 88 s.

4.Kaşğari, M. Divanü lüğat-it-türk: tərt.ed., B.Atalay 1940, 399 s.

5.Kərimov, Ş. Azərbaycan dilinin Çənbərək və Karvansaray şivələri. 2004. - 362 s.

6.Kitabi-Dədə Qorqud dastanları. 1962. -154 s.[2]

7.Qurbanova, İ. Azərbaycan dili dialekt və şivələrinin etnolinqvistik təhlili. 2014. – 240 s.

8.Radlow, W. Classification der Türk-Dialecte nach den phonetischen Erscheinungen. Leipzig: Phonetic der nördlichen Türksprachen, - 1882-1183.

9.Şirəliyev, M. Azərbaycan dialektologiyasının əsasları. 2008. 416 s.

10.Yunusova, Ş. M.Füzuli dilindəki bəzi arxaizmlərin dialekt və şivələrimizdə izlərinə dair. AMEA-nın Xəbərləri. Tədqiqlər №3, - 2004. - 350 s.

11.Малов С.Е. Памятники древнетюркской письменности. Москва –Ленинград: изд-во Акад. Наук СССР, - 1951. - 451 [1] с.

12.Радлов, B.B. Опыт словарей тюркских наречий. т.1. - 1963.

Published

2025-01-13

How to Cite

Könül Səmədova. (2025). AZƏRBAYCAN DILININ ŞIMAL LƏHCƏSINDƏ LEKSIK-SEMANTIK SÖZ QRUPLARıNıN FORMALAŞMASıNDA QıPÇAQ TAYFALARıNıN ROLU. IQRO INDEXING, 13(02), 201-208. https://worldlyjournals.com/index.php/IFX/article/view/8445