NƏSR MƏTNLƏRINDƏ QƏNAƏT PRINSIPININ TARIXI-MÜQAYISƏLI MÜSTƏVIDƏ LINQVISTIK TƏHLILI

Authors

  • Könül Nəriman qızı Həsənova f.ü.f.d., dos., ADPU-nun Filologiya fakültəsinin dekanı Author

Keywords:

dil, tarix, qənaət prinsipi, mürəkkəblikdə sadəliyə meyllilik.

Abstract

Dildə qənaət prinsipini tarixilik və müasirlik nöqteyi-nəzərdən saf-çürük etdikdə olduqca maraqlı və elmi üçün mühüm dəyər kəsb edən məsələlər meydana çıxır. Səslər, morfoloji göstəricilər sözlərin tərkibində elə belə, kor-koranə, adi şəkildə bir-birilə birləşmirlər. Sözlərin tərkibində səslərin, şəkilçilərin bir-birilə əlaqəyə girməsi, birləşməsi faktı öz-özlüyündə qanunauyğun linqvistik hal olub, konkret tarixi bilinməyən uzun illərin məhsuludur. Cümlənin təşkili üçün söz və söz birləşmələri əsas olduğu kimi, mətnin təşkilində cümlə əsas faktordur və bunlar dildə kommunikativ funksiyaları yerinə yetirirlər. Çoxlu sayda linqvistik kateqoriyalardan olan söz və şəkilçilərə tarixilik və müasirlik prizmalarından yanaşdıqda həmin söz və şəkilçilərin tərkibində tarixi inkişaf nəticəsində qənaət prinsipinə meyliliyi açıq və aşkar şəkildə özlərini təzahür etdirir, təkamül prosesinin dinamik səciyyəsini şərtləndirir. Təbii ki, sözdə buraxılmış səsin, morfoloji göstəricinin bərpası onun söz quruluşundakı mövqeyi vasitəsilə müəyyənləşdirilə bilər və bu mövqeni şərtləndirən situasiyanın, üslubi məqamın köməyi ilə üzə çıxarıla bilər. Qənaətə meyilliyilin əsasında uzun tarixi inkişaf prosesi durur və bu inkişaf prosesi göstərir ki, dil mürəkkəbliyindən bəsitliyə, sadəliyə doğru daha çox meyillidir ki, məqalədə bu məsələlər şərh olunur.

References

Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, ADU nəşriyyatı. 1990, 376 s.

Hacıyev T. İ., Vəliyev K.N. Azərbaycan dili tarixi. Bakı, Maarif, 1983, 187 s.

Xudiyev N.M. Azərbaycan ədəbi dili tarixi. Bakı, Maarif,1997, 496 s.

Kərimov S. “Qurbani haralıdır?” “Ulduz” jurnalı, 1981, №3, s.31-33.

Kazımov Ç.B. Cəbrayıl toponimləri. Bakı, “Sabah”, 1975, 54 s.

Серебреников Б.А. Вероятностные обоснования в компаративистике. Москва, 1974, стр.

Димитриев Н.К. Грамматика башкирского языка. Москва, 1948.

Azərbaycan dilinin qərb qrupu dialket və şivələri. Bakı, Azərb. SSR EA nəşriyyatı.1967.

Кононов А.Н. Грамматика современного тюрецского литературного языка. М. 1952.

Радлов В.В. Опыт тюркских словарей. СПб, 1893.

Баскаков Н.А. Каракалпакский язык. Т. II фонетика и морфология. М. 1952, стр.

Rəcəbli Ə. Göytürk dilinin morfologiyası. Bakı, “Elm və təhsil”, 2002

Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası , Bakı, “Elm və təhsil”, 2019, II nəşr, 464 s.

Müaqsir Azərbaycan dilində söz birləşmələri. Azərb. SSR. E.A nəşriyyatı. Bakı, 1961, 203 s.

Şükürlü Ə. Qədim türk abidələrinin dili. Bakı, ADPU, 1993

Published

2024-07-19

Issue

Section

Articles

How to Cite

Könül Nəriman qızı Həsənova. (2024). NƏSR MƏTNLƏRINDƏ QƏNAƏT PRINSIPININ TARIXI-MÜQAYISƏLI MÜSTƏVIDƏ LINQVISTIK TƏHLILI. IQRO INDEXING, 10(2), 75-80. https://worldlyjournals.com/index.php/IFX/article/view/4840