NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” ƏSƏRİNİN UŞAQLARIN MƏNƏVİ TƏRBİYƏSİNDƏ ROLU
Məqalə ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müəllimi, fil.ü.f.dok Hümmətova Günel Saleh qızının rəyi əsasında dərcə uyğun görülüb
Keywords:
Poema, şeir, söhbət, hekayə, şair, şah, peyğəmbər, qoca, vətənpərvər, haqsızlıq, ədalətli.Abstract
Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi dünya xalqları mədəniyyətinin inkişafı tarixində böyük rolu olan sənətkardır. Nizaminin ilk irihəcmli əsəri “Sirlər xəzinəsi” poemasıdır. Nizami “Sirlər xəzinəsi” poemasında sələflərinin və müasirlərinin heç birinin etmədiyi tamamilə yeni ruhlu şeirin əsasını qoydu. Bu şeirin əsas məqsəd və qayəsi zalımı zülümdən çəkindirmək, insanları ictimai faydalı əməyə, gözəl əxlaqi sifətlərə çağırmaqdır. Şair inanır ki, özünün yüksək sənətkarlıqla ifadə edilmiş nəsihətləri zəmanəsinin adamlarının əxlaqına öz müsbət təsirini göstərəcək və onun arzuladığı ədalətli insan cəmiyyətinin qurulmasında xüsusi rol oynayacaqdır.
References
H. Araslı. Nizami və Vətən. Elm Nəşriyyatı. Bakı, 1942. 30 səh.
E.Y. Berteles. Nizami i Fizuli, Moskva, 1962
Xəlil Hüseynov, Nizaminin “Sirlər xəzinəsi”. Elm nəşriyyatı. Bakı. 1983, 130 səh.
Nizami Gəncəvi Almanaxı. Birinci kitab. Elm nəşriyyatı. Bakı, 1984. 266 səh.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Lider nəşriyyatı. Bakı. 2004.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Azərbaycan Dövlət nəşriyyatı. Bakı, 1947, 175 s