AZƏRBAYCAN DILININ ŞIMAL QRUPU INTERREGIONAL DIL XÜSUSIYYƏTLƏRINDƏ ÜMUMI MORFOLOJI ÜNSÜRLƏR

Authors

  • Könül Səmədova f/e/d., dosent, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri Author

Keywords:

Interregional dil xüsusiyyətləri, morfoloji ünsür, dialekt və şivələr, nitq hissələri.

Abstract

Azərbaycan dili şivələrinin morfologiyası zəngin olmaqla, ədəbi dilimizin morfologiyasından bir çox xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, şivələrimizin ədəbi dillə üst-üstə düşən morfoloji xüsusiyyətləri ilə yanaşı, müasir Azərbaycan ədəbi dildə rast gəlinməyən kifayət qədər morfoloji əlamətlər də özünü göstərir. Şivələrimizin morfoloji əlamətləri dilimizin tarixi ilə səsləşir və eyni zamanda digər türk dillərində də rast gəlinir. Müasir Azərbaycan ədəbi dilinin morfoloji quruluşunun formalaşması və inkişaf tarixini izləmək üçün şivələrimizin morfoloji xüsusiyyətləri tam təsəvvür yaradır və baş verən morfoloji dəyişikliyi üzə çıxarmağa imkan yaradır. Bu da şivələrimizdə dilimizin qədim dövrünə xas hal şəkilçilərinin, eləcə də leksik və qrammatik şəkilçilərin mühafizə olunması ilə bağlıdır.

References

Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası: (Dərs vəsaiti, 2-ci nəşri) – Bakı: Elm və təhsil, – 2016. – 348 s.

Bayramov İ.M. Azərbaycan dili şivələrinin morfologiyası – Ankara: Uzun dijital, – 2019. - 252 s.

Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası - Bakı: M.B.M, I hissə. – 2008. - 354 s.

Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları – Bakı: Şərq-Qərb, - 2008. - 416 s.

Published

2024-06-13

Issue

Section

Articles

How to Cite

Könül Səmədova. (2024). AZƏRBAYCAN DILININ ŞIMAL QRUPU INTERREGIONAL DIL XÜSUSIYYƏTLƏRINDƏ ÜMUMI MORFOLOJI ÜNSÜRLƏR. IQRO INDEXING, 10(1), 117-120. https://worldlyjournals.com/index.php/IFX/article/view/4171