QƏRBİ AZƏRBAYCAN TOPONİMLƏRİNİN FORMALAŞMASINDA İŞTİRAK ETMİŞ LEKSİK ELEMENTLƏRİN MAHMUD KAŞĞARİ “DİVAN”INDA İZLƏRİ

Authors

  • Məmmədova Nigar Oruc qızı ADPU, XDM-nın müəllimi Author

Keywords:

İndiki Ermənistan, türk-Azərbaycan mənşəli toponimlər, toponimlərin tərkibində iştirak etmiş leksik elementlər, Mahmud Kaşğari “Divan”ı.

Abstract

Tarixin müxtəlif dövrlərində meydana gəlmiş Qərbi Azərbaycan toponimlərinin tərkibində elə leksik elementlərə təsadüf edirik ki, onların XI əsrin dahi türkoloqu Mahmud Kaşğarinin “Divan”ında da rast gəlirik. Qərbi Azərbaycan toponimlərinin leksik tərkibi qədim türk mənşəli müxtəlif leksik elementlərlə zəngindir və onların araşdırılması təkcə forma və məzmun resurslarının müəyyənləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda xalqın qədim təsəvvürü, dünyagörüşü, məskunlaşması və s. barədə məlumat tapmağa da imkan yaradır. Ərazinin toponimik sistemində müxtəlif anlayışların ifadəçiləri olmuş leksik elementlərin bir qismi öz ilkin formasını saxlamış, bir qismi isə müəyyən fonetik dəyişikliyə uğramışdır. Bununla belə, bəzi toponimlər müxtəlif səbəblər üzündən bir şəkildən başqa şəklə salınmış, mənsub olduqları dilin, şivənin yaşadıqları dövrün xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Türk dillərinə aid qədim lüğətlərdən olan Mahmud Kaşğarinin “Divan”ında Qərbi Azərbaycan toponimlərinin tərkibində iştirak etmiş leksik elementlərin araşdırılması Azərbaycan onomologiyasında olduqca mühüm linqvistik əhəmiyyət kəsb edən məsələlərdəndir. Leksik elementlər toponimlərin etimoloji təhlilini doğru-düzgün vermək üçün ən universal açar rolunu oynayır. Coğrafi relyef bildirən termin səciyyəli leksik elementlər dilin lüğət tərkibində özünə möhkəm yer tutduğu kimi, toponimlərdə çox yaxşı mühafizə olunmaqdadır. Coğrafi terminoloji leksikanın qədim lüğətlər əsasında hərtərəfli araşdırılması, toponimik adların tarixi- tipoloji təhlili və onların elmi şəkildə ümumiləşdirilməsi aktuallıq kəsb edən problemlərdən biridir.

Məqalədə tarixi-müqayisəli metoddan istifadə edilmişdir.

Məqalədə Qərbi Azərbaycan toponimlərində iştirak etmiş terminoloji leksik elementlərin Kaşğari “Divan”ında paralellərinə diqqət yetirilir.

References

Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli topoponimlərin izahlı lüğəti. Bakı, “Nafta-Pres”, 1998, 452 s.

Bayramov İ. Qərbi Azərbaycan şivələrinin leksikası, Bakı, “Elm və təhsil”, 2011, 440 s.

Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı, “Şərq-Qərb”, 2007, 568 s.

Kaşğari M. Divanü lüğat-it-türk, IV cild, Bakı, “Ozan”, 2006, 252 s.

Kaşğari M. Divanü lüğat-it-türk, III cild, Bakı, “Ozan”, 2006, 400 s.

Hüseynli N., Məmmədova J. Türk dillərinin genologiyası: şumer-türk leksik paralelləri. Bakı, “Nağıl evi”, 2012, 356 s.

İrəvan əyalətinin icmal dəftəri. Bakı, “Elm”, 1996, 184 s.

Kaşğari M. Divanü lüğat-it-türk, Bakı, “Ozan”, I cild, 2006, 512 s.

Древнетюркский словарь, Ленинград, “Наука”, 1969, 669 c.

“Kitabi Dədə Qorqud” ensiklopediyası II cild, Bakı, “Yeni nəşrlər evi”, 2000, 330 s.

Şumer əlifbası, piktoqramma http //www/gocshin.rulinguisticsscriptsegyptian/html.

Сравнительный словарь турецко-татарских наречий. СанктПетербург, 1871, II m.

Радлов. В.В. Опыт словаря тюркских наречий, СанктПетербург, 1989, II т, I част.

Древнетюркский словарь, Ленинград, “Наука”, 1969.

Мурзаев Э. М. Словарь народных географических терминов. Москва 1984

Published

2024-06-13

Issue

Section

Articles

How to Cite

Məmmədova Nigar Oruc qızı. (2024). QƏRBİ AZƏRBAYCAN TOPONİMLƏRİNİN FORMALAŞMASINDA İŞTİRAK ETMİŞ LEKSİK ELEMENTLƏRİN MAHMUD KAŞĞARİ “DİVAN”INDA İZLƏRİ. IQRO INDEXING, 10(1), 121-125. http://worldlyjournals.com/index.php/IFX/article/view/4173